ABŞ Tehrana mümkün nüvə sazişi çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, İranla masa arxasına oturub, hərtərəfli sülh razılaşmasına nail olmağın vaxtı çatıb. Mən tam əminəm ki, biz bunu edəcəyik”, – o deyib.
Eyni zamanda, Uitkoff Vaşinqtonun Tehrana potensial razılaşmanın şərtlərinə əsasən uranı zənginləşdirməyə icazə vermək niyyətində olub-olmaması ilə bağlı suala mənfi cavab verib. “Xeyr. Onların (uranı-red) zənginləşdirməyə ehtiyac yoxdur”, – ABŞ liderinin xüsusi nümayəndəsi bildirib.