ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə daşınan silahları müsadirə etdibackend

ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə daşınan silahları müsadirə etdi

İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə silah-sursat daşınmasının qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamaya istinadla bildirib.

Məlumata görə, Oman körfəzində 15 yanvarda başlayan əməliyyatda Yəmənə qeyri-qanuni nəql olunan İrana məxsus üç mindən çox tüfəng, 578 min güllə və 23 tank əleyhinə idarə olunan raket aşkar edilərək müsadirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*