ABŞ İranın mümkün məhbus mübadiləsi ilə bağlı yalanlarını təkzib edibbackend

ABŞ İranın mümkün məhbus mübadiləsi ilə bağlı yalanlarını təkzib edib

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın İran və ABŞ-ın məhbus mübadiləsi ilə bağlı ilkin razılıq əldə etdiyi barədə məlumatlarını təkzib edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Associated Press”ə bildirib.

Prays xəbəri İranda həbsdə olan ABŞ vətəndaşlarının “ailələrinin əzabını daha da artıran daha bir xüsusi qəddar yalan” adlandırıb. “Biz İranda qeyri-qanuni saxlanılan üç amerikalının azad edilməsi üçün dayanmadan çalışırıq”, – Ned Prays deyib: “Onlar öz yaxınlarına qovuşana qədər dayanmayacağıq”.

Ağ Evin Milli Təhlükəsizlik Şurası da ayrı bir bəyanatda mübadilə xəbərini “yalan” adlandırıb.

Hazırda İranda ABŞ-ın 3 vətəndaşı – Emad ŞarQi, Morad Tahbaz və Siamak Namazi həbsdədir.

Bundan əvvəl İranın xarici işlər naziri Abdullahian hər iki ölkənin hakimiyyət orqanlarının “əsirlərin mübadiləsi ilə bağlı ilkin razılığa gəldiyini” bildirib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*