ABŞ Silahlı Qüvvələr naziri Den Driskoll keçən həftə Kiyevdə Avropa siyasətçiləri ilə görüşərək onları Donald Trampın sülh planını dəstəkləməyə çağırıb. O, Rusiyanın hərbi gücünü artırmasına diqqət çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Qəzetin iki mənbəsinə görə, Driskoll bildirib ki, Rusiya raket istehsalını artıraraq ehtiyatlar yaradacaq və eyni zamanda Ukrayna ərazisinə hücumlarını davam etdirəcək.
Onların sözlərinə görə, Rusiyanın artan raket təhdidi səbəbindən, Ukrayna və digər Avropa ölkələrinə dağıdıcı zərbələr endirilə bilər. Buna görə də, müharibənin ən qısa zamanda bitirilməsi vacibdir.
Nəşr vurğulayır ki, münaqişə bitdikdən sonra Rusiya hərbi istehsalı əhəmiyyətli dərəcədə azaltmayacaq. Lakin sülh sazişi Moskvaya Avropa ölkələrinə raket və ya pilotsuz uçuş aparatı ilə zərbə endirmək üçün bəhanə verməyəcək.
Mənbələrə görə, Driskollun açıqlamaları bəzi Avropa diplomatları tərəfindən dəstəklənsə də, onların reaksiyası barədə ətraflı məlumat verilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az
