ABŞ Konqresi avtomat silahların qadağan edilməsini TƏSDİQLƏDİbackend

ABŞ Konqresi avtomat silahların qadağan edilməsini TƏSDİQLƏDİ

ABŞ Konqresinin Nümayəndələr Palatası yarımavtomat silah satışının qadağan edilməsinə dair qanun layihəsini təsdiqləyib.

KONKRET.az “Associated Press”ə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 217, əleyhinə isə 213 deputat səs verib. Lakin layihənin Senatdan keçməsi üçün senatorların üçdə ikisi səs verməlidir.

Qeyd edək ki, yarımavtomatik və digər hücum silahlarına qadağa 1994-cü ildə ABŞ-da on il müddətinə qəbul edilib, lakin uzadılmamışdır.

ABŞ Prezidenti Co Bayden qanun layihəsinin təsdiqini alqışlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*