ABŞ Koreya yarımadasına girməyə bəhanə axtarırbackend

ABŞ Koreya yarımadasına girməyə bəhanə axtarır

Amerika Birləşmiş Ştatları Konqresi bəyan edib ki, Ukrayna ərazisində Koreya Xalq Demokratik Respublikası silahlı qüvvələrinin mövcudluğu aşkar edilərsə, o zaman ABŞ Koreya yarımadasında hərbi əməliyyatlara başlaya bilər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib: “Düşünürəm ki, bu cür bəyanatlar məhz Koreya yarımadasındakı vəziyyəti daha da gərginləşdirən təxribat xarakterli bəyanatlar kimi təsnif edilməlidir”. Rudenko hesab edir ki, KXDR Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təxirə salmayacaq.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*