Kuba hakimiyyəti ölkənin enerji sisteminin son çöküşünü ABŞ-nin iqtisadi blokadası ilə əlaqələndirir.
KONKRET.az xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodrigez deyib: “Birləşmiş Ştatların Kubaya qarşı həyata keçirdiyi iqtisadi müharibə tədbirləri ölkə iqtisadiyyatını çökdürüb. Adanın elektrik enerjisinin əsas hissəsini təmin edən istilik elektrik stansiyalarının fəaliyyəti lazım olan komponentlərlə təhciz edilmədiyinə görə enerji sektoru iflic olub”. Nazir qeyd edib ki, bir il ərzində ABŞ Kubanın enerji sistemində əsas rol oynayan 53 gəmi və 27 şirkətə yanacaq verilməsini dayandırıb: “Maliyyə resurslarımızın mənimsənilməsi və blokadaya görə bank köçürmələrimizə mane olması da Kubaya böyük zərbədir. Eləcə də çətin meteoroloji şərait ötən cümə adanın elektrik şəbəkəsinin dağılmasına səbəb olub”.
Vəli Həsənoğlu,
KONKRET.az