“ABŞ-la sülhə hazırıq” – Husilərbackend

"ABŞ-la sülhə hazırıq" - Husilər

Husilər müvafiq niyyətlərini ifadə edərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” Husi liderlərindən birinə istinadla məlumat yayıb.

“Amerika təcavüzü əsassız hücum və suverenliyimizin pozulmasıdır. Danışıqlar üçün kanallar açıq ola bilər, biz həmişə dialoqu saxlamışıq. Nizamlanmaya cəhd edilərsə, sülhə hazırıq”, – qeyd olunub.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampın əmri ilə Yəməndəki husi qüvvələrinə raket zərbələri endirilib. Zərbələr nəticəsində 31 nəfərin öldüyü bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*