backend

ABŞ məhkəməsi Türkiyə bankına qarşı işə xitam verdi

ABŞ məhkəməsi fevralın 16-da Türkiyənin Halkbank dövlət bankına qarşı işi dayandırmaq barədə qərar qəbul edib.

Türkiyə bankına qarşı iş İrana bağlı qrupların hücumlarına məruz qalmış şəxslərin şikayəti əsasında başlanmışdı.

KONKRET.az xəbər verir ki, Reuters agentliyinin yazdığına görə , məhkəmə bildirib ki, tərəflər bu mübahisənin Türkiyə məhkəmələrində çözülməsi barədə razılığa gəliblər.

Halkbank işi çoxdan bəridir ki, Ankara ilə Vaşinqton arasında qarşıdurmaya ən mühüm səbəblərdən biridir.

Halkbanka ayrıca olaraq 2019-cu ildə Nyu York məhkəməsində ittiham irəli sürülmüşdü.

Bank İrana ABŞ sanksiyalarından yan keçməkdə kömək etməkdə ittiham olunurdu.

Beləliklə, ABŞ-ın sahə hakimi Denis Kout Hakbanka qarşı 876 nəfər tərəfindən verilmiş şikayətlər əsasında başlanmış işə xitam verilməsi barədə qərar qəbul edib.

Sözü gedən şikayətçilər “xaricdə İrana bağlı qrup tərəfindən terror hücumuna məruz qaldıqlarını və ya zərəçəkənlərin yaxınları olduqlarını” iddia edirlər.

Əsas iş hələ qalır

ABŞ məhkəməsi Halkbankın bu işə Türkiyə məhkəməsində baxılması barədə ricasını qəbul edib.

Məhkəmə tərəflərə razılaşmaya dair sənədləri təqdim etmək üçün martin 2-dək vaxt verib.

Qərarda deyilir ki, Halkbank bu işə Türkiyədə şikayətçilərin bütün hüquqlarının qorunması şərti ilə baxılacağına dair öhdəlik götürüb.

Halkbanka qarşı əsas iş üzrə isə ABŞ prokurorları İranı, Türkiyəni və Birləşmiş Ərəb Əmiriklərini İrana ABŞ sanksiyalarından yan keçməkdə kömək etməkdə ittiham edirlər.

İttiham tərəfi bildirib ki, cavabdehlər İrana onun qaz və neft gəlirlərinin qızıla çevrilməsi əməliyyatında kömək ediblər.

ABŞ prokurorları bildirirlər ki, bu əməliyyatın ört-basdır edilməsi üçün gəlirlərin guya ərzaq və dava-dərmana xərclənməsinə dair saxta sənədlər hazırlanıb.

Halkbank ona qarşı 2019-cu ildə irəli sürülmüş dələduzluq, çirkli pulların yuyulması və başqa ittihamları rədd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*