ABŞ Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun hazırkı prezident Vladimir Zelenskinin yerinə gətirilməsi ssenarisini hazırlayır.
KONKRET.az xəbər verir ki,bu barədə TASS Rusiya Xarici Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.
İddia edilir ki, rəsmi Vaşinqton QHT-lərə bununla bağlı ssenari hazırlamağı tapşırıb:
“Hazırda bu məsələ Ukrayna müxalifəti, eləcə də hakim “Xalqın xidmətçisi” Partiyasından olan nüfuzlu deputatlarla müzakirə edilir”, – qeyd olunur.
Məlumat üçün bildirək ki, Arsen Avakov Bakı ermənisidir. O, 1964-cü ildə Bakının Rəsulzadə qəsəbəsində anadan olub./Globalinfo.az