“ABŞ Nikola istədiyini etdirir, qalanları onların heç vecinə də deyil” – Andranik Tevanyanbackend

"ABŞ Nikola istədiyini etdirir, qalanları onların heç vecinə də deyil"- Andranik Tevanyan

“Reallıq budur ki, Ermənistanda hüquqi-siyasi “bespredel” var. ABŞ bunu çox gözəl bilir. Amma Nikol Paşinyan xaricdəki kuratorlarının diqtəsi ilə Qarabağı Azərbaycana verməklə türkyönümlü xətti irəli aparır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, “Paşinyan Rusiyanı bölgəmizdən çıxarmaq siyasəti yürüdür. Buna görə də Amerika tərəfindən ölkəmiz parlaq nöqtə hesab olunur.

Bu, məlum Amerika prinsipinin təzahürüdür. Onlar Nikola istədiklərini etdirir, qalanları heç veclərinə də deyil. Bu hekayədəki sinizm ondan ibarətdir ki, “parlaq nöqtə” qurbanlıq quzu olmaq üçün təyin edilib. Buna görə ABŞ-ı günahlandırmaq lazım deyil. Hər kəsin öz marağı var. O, başqa məsələdir ki, Nikol Ermənistan və Qarabağın hesabına öz maraqlarına xidmət edir”.

Andranik Tevanyan daha sonra xatırladıb: “Erməni Demokratiya Forumu” zamanı ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn deyib: “Ermənistan regionun parlaq nöqtəsinə çevrilir, bunu Freedom House-un keçən həftə dərc etdiyi “Keçid dövründə olan dövlətlər” hesabatında müşahidə etdik. Birləşmiş Ştatlar daha açıq, daha məsuliyyətli, firavan və təhlükəsiz gələcəyə aparan bu yolda sizinlədir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*