ABŞ Milli Antiterror Mərkəzinin direktoru Co Kent istefa verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.
Kent qeyd edib ki, İrana qarşı davam edən müharibəni dəstəkləmədiyi üçün vəzifəsindən ayrılır. Onun sözlərinə görə, İran ABŞ üçün birbaşa təhlükə yaratmırdı və münaqişə əsasən İsrailin təsiri ilə başlayıb.
O, həmçinin ABŞ Prezidenti Donald Trampa və Milli Kəşfiyyat direktoru Tulsi Qabbarda təşəkkür edib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana zərbələr endirirlər. Vaşinqton Tehranın nüvə silahı hazırladığını iddia etsə də, İran bunu təkzib edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi isə belə silahın yaradılması ilə bağlı sübut olmadığını bildirib./Oxu.az
