ŞOK: Bakıda 8-ci sinif şagirdi özünü 2-ci mərtəbədən atdıbackend

ŞOK: Bakıda 8-ci sinif şagirdi özünü 2-ci mərtəbədən atdı

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.

KONKRET.az xəbər verir ki, məktəbin 8 “e” sinif şagirdi dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb və özünü ikinci mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Əldə etdiyimiz məlumata görə, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə vaxtı məktəbdə olmayıb. Dərs vaxtı ilə fənn müəlliminin otaqda olmadığı bildirilir.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*