“Hərə evindən bir “şunur” sallayır” – Yanğının detalları+Videobackend

“Hərə evindən bir “şunur” sallayır” - Yanğının detalları+Video

Xəbər verdiyimiz kimi, Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib.

KONKRET.az-ın məlumatına görə, bina sakinləri hadisə ilə bağlı danışıblar.

Onlar bildiriblər ki, qısa müddətdə bütün mənzillərdən tüstü çıxmağa başlayıb.

“Hərə evindən bir “şunur” sallandırıb maşınını elektrik cərəyanına qoşur. Bilirsiniz ki, bu cərəyanlar onun üçün nəzərdə tutulmayıb. Bütün elektrik xətləri də gücə düşür. Bu da nəticəsidir”, – deyə sakinlərdən biri qeyd edib.

Yanğın baş verən binanın aid olduğu Mənzil-tikinti kooperativinin sədri bildirib ki, binada elektriklə bağlı heç bir problem olmayıb.

Daha ətraflı “APA TV”nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*