ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edirbackend

ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan öz istəyi ilə vəzifəsindən getmək istəyir.

Bu barədə KONKRET.az diplomatik missiyanın sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.

“ABŞ-ni təmsil edən diplomat olaraq 33 il işlədikdən sonra istefaya getmək qərarına gəldim”, – o qeyd edib.

O bildirib ki, ABŞ-nin Gürcüstandakı səfiri kimi gördüyü işlərlə fəxr edir.

Diplomat iyulda postundan rəsmən gedənə qədər Vaşinqton və Tbilisi arasındakı əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*