ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuqbackend

ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq

ABŞ-nin Silahlı Qüvvələri Yaxın Şərqdə müdafiə mövqeyi tutur, Vaşinqton İran ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə çalışır.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset “Fox News”a müsahibəsində deyib.

“Biz regionda müdafiə mövqeyi tutur, sülh razılaşması əldə etməyə çalışırıq. Təbii ki, bunun baş verəcəyinə ümid edirik”, – o deyib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp hələ də Tehranla İslam Respublikasının nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyir və Amerika liderinin bu məsələdə mövqeyi dəyişməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*