ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevaranın Azərbaycandakı diplomatik missiyası başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” hesabında məlumat yayıb.
Bildirilib ki, son üç il ərzində Hüqo Qevara ABŞ-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfə verib, ABŞ-nin nailiyyətlərini uğurla təqdim edib və ölkə boyunca insanlarla səmimi, etibarlı münasibətlər qurub.