ABŞ-nin sanksiya siyahısına saldığı şəxs Gürcüstan baş nazirinin müavini oldubackend

ABŞ-nin sanksiya siyahısına saldığı şəxs Gürcüstan baş nazirinin müavini oldu

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sərəncamı ilə daxili işlər naziri Vaxtanq Qomelauri baş nazirin müavini təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə hökumət administrasiyasının məlumatında deyilir.

Əldə olan məlumata görə, bu gündən Gürcüstan hökumətində üç baş nazirin müavini olacaq. Məlumatda deyilir: “Birinci vitse-prezidentin səlahiyyətlərini iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili daşıyır. Müdafiə naziri İrakli Çikovani həm də baş nazirin müavinidir”.  Bir gün əvvəl ABŞ  “insan haqlarını ciddi şəkildə pozmaqda” ittiham etdiyi Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və xüsusi tapşırıqlar üzrə departament rəhbərinin müavini Mirzə Kezevadzeyə qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiyalar nəticəsində ABŞ-də yuxarıda adı çəkilən şəxslərə məxsus və ya ABŞ vətəndaşlarına aid, onlara nəzarət edilən hər hansı əmlak və aktivlər dondurulur. Bununla bağlı Xarici Aktivlərə Nəzarət İdarəsinə məlumat verilməlidir. Qaydalar adətən ABŞ vətəndaşlarının və ya Birləşmiş Ştatlar daxilində sanksiyalara məruz qalan şəxslərin hər hansı əmlakı və ya aktivləri ilə bağlı bütün əməliyyatları qadağan edir. ABŞ vətəndaşları sanksiyaları pozduqlarına görə mülki və ya cinayət cəzası ilə üzləşə bilərlər.

Vəli Həsənoğlu,

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*