ABŞ kəşfiyyatı ölkənin ali rəhbərliyinin nəzarətindən yayınaraq daxili siyasi mübarizə alətinə çevrilib.
KONKRET.az xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində vitse-prezident Ceyms Devid Vens deyib: “Kəşfiyyat xidmətlərimizdəki bürokratlar tamamilə nəzarətdən çıxıb. Onlar bizim siyasi, ədliyyə sistemimizi silahlandırmaq prosesinin bir hissəsidir. Təhlükəsizliyimizi qorumaq üçün güclü kəşfiyyat xidmətlərimiz olmalıdır. Lakin bunun bir hissəsi bu xidmətlərə inamı bərpa etməkdir. Və biz inanırıq ki, Donald Trampın Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizədi Tulsi Qabbard bunun üçün ən uğurlu seçimdir”, – deyə Vance vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az