ABŞ nüvə sınaqları keçirəcəkbackend

ABŞ nüvə sınaqları keçirəcək

ABŞ Nevada ştatında subkritik nüvə sınaqları keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının planında qeyd olunub.

Qeyd olunur ki, sınaqdan keçirilməyən nüvə partlayıcı ehtiyatını təsdiqləmək, nüvə materialları və yeni istehsal edilmiş komponentlər haqqında məlumat toplamaq üçün bu baş tutacaq.

Həmçinin bildirilir ki, sınaqların aparılacağı poliqonda 20-ci əsrin 90-cı illərində Vaşinqton və Moskvanın tərk etdiyi tamhüquqlu nüvə sınaqları olmayan müvafiq təcrübələr üçün unikal avadanlıq var.

Xatırladaq ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ nüvə sınaqlarını bərpa etsə, “güzgü cavabı” olacaq.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*