ABŞ Dövlət Departamenti Amerikada keçiriləcək idman yarışlarında iştirak etmək istəyən transgender xarici vətəndaşlara viza verilməməsinə dair qərar qəbul edib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, viza müraciətlərində cinsləri haqqında yanlış məlumat verənlərə ömürlük viza qadağası tətbiq ediləcək.
“Ərizəçilərin cinsiyyətlə bağlı yalan məlumat verməsi üzə çıxarsa, onlara həmişəlik ABŞ-yə səfər etmək qadağası qoyulsun”, – ABŞ dövlət katibi Marko Rubionun göstərişində deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp transgender idmançıların qadınlar arasında yarışlarda iştirakına qadağa qoyan fərman imzalayıb.