ABŞ Paris İqlim Sazişinə yenidən qatıldıbackend

ABŞ Paris İqlim Sazişinə yenidən qatıldı

ABŞ Paris İqlim Sazişinə yenidən qatılıb.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, ABŞ artıq rəsmi olaraq sazişin tərəflərindən biridir:

“Paris İqlim Sazişi qlobal istiləşmə və buna bağlı olaraq iqlimdə baş verən dəyişiklikləri əngəlləmək baxımından bənzərsiz bir çərçivə anlaşmasıdır. 2016-cı ildə sazişə qatılmağımız, bu gün müqaviləyə yenidən qayıtmağımız qədər bundan sonra nələr edəcəyimiz də xüsusi önəm daşıyır”.

E.Blinken qeyd edib ki, ABŞ ikitərəfli və çoxtərəfli görüşlərdə iqlim dəyişikliyini gündəmə gətirəcək:

“İqlim dəyişikliyi və elm diplomatiyası xarici siyasi görüşlərdə artıq əsla bir əlavə mövzu olmayacaq. İqlim dəyişikliyinin həqiqi təhdidlərinə fokuslanmaq və elm adamlarını dinləmək bizim daxili və xarici siyasətimizin mərkəzindədir”.

Dövlət katibi onu da əlavə edib ki, ABŞ Prezidenti Co Bayden aprelin 22-də baş tutacaq Liderlərin İqlim Zirvəsinə qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*