ABŞ Polşaya əlavə hərbi texnika YERLƏŞDİRDİbackend

ABŞ Polşaya əlavə hərbi texnika YERLƏŞDİRDİ

ABŞ-ın 700-ə yaxın müxtəlif tipli döyüş maşını Polşanın Qdinya şəhərindəki limanına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Gazeta Wyborcza” nəşri məlumat yayıb.

Bildirilib ki, “M1A2 Abrams” tankları, müxtəlif tipli zirehli transportyorlar və yük maşınları ABŞ-ın Avropada hərbi mövcudluğunu gücləndirmək məqsədi daşıyan “Atlantic Resolve” missiyası çərçivəsində Polşaya gəlib.

Qeyd olunub ki, hərbi maşınlar Polşadakı müxtəlif bazalarda yerləşdiriləcək və növbəti doqquz ay ərzində Avropada qalacaq.

Nəşrin məlumatına görə, missiya çərçivəsində yanvarda Qdinyaya təxminən 2 min hərbi texnika gələcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*