ABŞ Prezidenti: Biz Azərbaycanla əlaqələrimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririkbackend

ABŞ Prezidenti: Biz Azərbaycanla əlaqələrimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririk

Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk.

KONKRET.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyib.

O qeyd edib ki, 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib:

“Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*