“ABŞ Prezidenti Co Bayden cənablarının erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi və həqiqətlərin təhrif etməsi Gələcək Azərbaycan Partiyası tərəfindən təəssüflə qarşılanmaqdadır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib:
“Bu bəyanatın dünyanın super derjava dövlətini təmsil edən, dünyada hər zaman sülhün, ədalətin və insan hüquq və azadlıqlarının yanında dayanması ilə seçilən bir dövlətin rəhbərinin dilindən eşidilməsi tərəfimizdən təəssüflə yanaşa həm də təəccüblə qarşılanır.
20-ci əsrin əvvəllərində baş verən hadisələrin yanlış şəkildə təqdim və təhrif edilməsi, eyni zamanda qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək yenidən gündəmə gətirilməsi cəhdləri tərəfimizdən rədd edilir və qəbuledilməz hesab edirik. Bu məsələdə üzücü və təəssüf doğuran ən böyük hadisə isə 20-ci əsrin sonlarında, cəmi 30 il bundan öncə Azərbaycanın Xocalı şəhərində törədilmiş Xocalı soyqırımını ABŞ prezidentlərin görməzdən gəlməsidir…
Hesab edirəm ABŞ Prezidentinin məlum bəyanatı dövlətlərimiz və xalqlarımız arasında mövcud olan əlaqələrə və münasibətlərə mənfi təsir etməkdədir. Hesab edirəm ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılması daha doğru olardı. Mövcud şəraitdə tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi tərəfimizdən qəbuledilməz hesab edilir. Ümid edirik ki, narazılığa səbəb olan, obyektivlikdən kənar, ziddiyyətli və qərəzli açıqlamalar və bəyanatlar bundan sonra təkrar olunmayacaqdır”.
İqbal Rzayev,
KONKRET.az