“Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində ABŞ təmsil olunmayacaq”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
“Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq”, – M.Miller vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də prezidentin andiçmə mərasiminə Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin rəhbərlərinin dəvət edildiyini bildirib.