ABŞ qırıcıları Yaponiyada yerləşdiriləcəkbackend

ABŞ qırıcıları Yaponiyada yerləşdiriləcək

ABŞ yaxın bir neçə il ərzində Yaponiyaya 48 beşinci nəsil F-35A qırıcıları yerləşdirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 F-35A və 36 F-16 qırıcısı yerləşdiriləcək. Eyni zamanda, onlar müvafiq olaraq Misava üzərində yerləşdirilən F-16 və F-15-ləri əvəz edəcəklər.

“Biz bunu həm ABŞ Silahlı Qüvvələrinin potensialını, həm də Yapon-Amerika müttəfiqliyinin çəkindirmə və cavab potensialını daha da artırmağa yönəlmiş addım kimi qiymətləndiririk”, o qeyd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*