ABŞ Afrika ölkəsinin hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq qoşunlarının Nigerdən çıxarılmasını vaxtında başa çatdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) bəyanatında deyilir.
“Birləşmiş Ştatların Müdafiə Nazirliyi və Niger Respublikasının Milli Müdafiə Nazirliyi Amerika qüvvələrinin və texnikasının Nigerdən çıxarılmasının başa çatdığını elan edir”, – kommünikedə qeyd olunub.
Kontingentin çıxarılması heç bir problem olmadan baş tutub.
İlkanə Şəvəqqət,
KONKRET.az