ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ARAŞDIRILACAQbackend

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ARAŞDIRILACAQ

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının üzvləri 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyəti araşdırmaq niyyətindədirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşr respublikaçı Ceyms Komerin ABŞ-ın müxtəlif departamentlərindəki elektron poçtlarına giriş əldə edib. ABŞ konqresmeni Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası, Pentaqon, ABŞ Daxili Təhlükəsizlik Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Hökumətinin Əfqanıstanın Yenidənqurulması üzrə Baş Müfəttişi (SIGAR) ilə əlaqə saxlayıb.

Konqresmen kontingentin Əfqanıstandan çıxarılması ilə bağlı bütün məsələlərlə bağlı sənədlər tələb edib.

Qeyd edək ki, ABŞ silahlı qüvvələrini ölkədən çıxarmaq qərarını elan etdikdən sonra “Taliban” Əfqanıstan üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə “Taliban” döyüşsüz Kabilə daxil olub və Prezident Əşrəf Qani respublikanı tərk edib. Sentyabrın 6da “Taliban” hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarəti bərqərar etdiyini, sentyabrın 7-də isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*