ABŞ Quam adalarında orta mənzilli raketlərini sınaqdan keçirdibackend

ABŞ Quam adalarında orta mənzilli raketlərini sınaqdan keçirdi

ABŞ-nin Raketdən Müdafiə Agentliyi Quam adaıarında orta mənzilli ballistik raketi müvəffəqiyyətlə sınaqdan keçirib.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu, adanın müdafiə qabiliyyəti üçün mühüm nailiyyətdir. Sakit Okeanın qərbində yerləşən, ABŞ ərazisi hesab edilən  Quam adaları  Çinə yaxın strateji  qaladır. Bu, ABŞ-nin bölgədəki mövcudluğunun qorunmasında və potensial düşmənlərin qarşısının alınmasında mühüm rol oynayır. Sınaq zamanı yeni “AN/TPY-6” radar və şaquli buraxılış sistemini birləşdirən “Aegis Quam” sistemi “Standard Missile-3 Blok IIA” idarəolunan zenit raketini atıb. “RTX Corp” (keçmiş Raytheon) tərəfindən hazırlanmış raket Andersen Hərbi Hava Qüvvələri bazası yaxınlığında havadan buraxılan orta mənzilli ballistik raketi uğurla dəf edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*