ABŞ Rusiya və Çinə sanksiya TƏTBİQ EDƏCƏK – Bəs İrana?backend

ABŞ Rusiya və Çinə sanksiya TƏTBİQ EDƏCƏK - Bəs İrana?

ABŞ Rusiya və Çinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, bu ölkələrdə insan hüquqlarının pozulması, habelə Pekinin Sakit okeanda qanunsuz balıq ovuna dəstəyi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulub.

Nəşrin yazdığına görə, sanksiyaların əksəriyyəti Maqnitski qanununa uyğun olaraq həyata keçiriləcək. Siyahıya ABŞ tərəfindən korrupsiya və insan haqlarının pozulmasında ittiham olunan şəxslər daxil ediləcək.

Mənbələrin məlumatına görə, Vaşinqton sanksiyalara məruz qalan yüksək rütbəli rus məmurlarının aktivlərini donduracaq. Onların ABŞ-a girişi və istənilən işgüzar əlaqələri də qadağan ediləcək.

Həmçinin qeyd olunub ki, Rusiyanın bir sıra müdafiə sənayesi müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq oluna bilər.

Nəşrin məlumatına görə, Sakit okeanda qanunsuz balıq ovu ilə məşğul olan 170 Çin təşkilatı sanksiyalara məruz qalacaq.

Qeyd edək ki, Maqnitski qanunu 2012-ci ilin dekabrında ABŞ-da qəbul edilib. Qanun Rusiyada insan haqlarının pozulmasında iştirak edənlərə qarşı sanksiyaların tətbiqinə imkan verir. Qanun Moskva həbsxanasında dünyasını dəyişən Sergey Maqnitskinin adını daşıyır.

Sonda onu da əlavə edək ki, İranda da insan hüquqlarının pozulması ilə bağlı olaylar yaşanmaqdadır. Sərbəst toplaşmaq hüququndan məhrum olan milli azlıqlar, elə fars etirazçılar da edama məhkum olunur. Lakin ABŞ-dan İrana qarşı hələ də ciddi addım atılmır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*