ABŞ Sammitin keçirilmə tarixini dəyişdirdi – KARANTİN rejimi davam edirbackend

ABŞ Sammitin keçirilmə tarixini dəyişdirdi - KARANTİN rejimi davam edir

ABŞ G7 sammitinin keçirilmə vaxtını iyunun sonlarına dəyişidirib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ  prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen məlumat verib. CBS televiziyasına müsahibəsində müşavir bildirib ki, “Əgər G7 sammiti fərdi formatda keçirilsə, ondu bunu iyunun sonunda təşkil etmək olar”. Xatırladaq ki, samitin 10-12 iyun tarixdə ABŞ-ın Meriland ştatının Kemp-Devid iqamətgahında keçirilməsi planlaşdırılmışdı. Lakin COVİD-19 pandemiyası səbəbindən sammitin bu tarixdə baş tutacağı sual altında idi. Ona görə də ABŞ prezidenti videoformatda Donald Tramp bu həftə bildirmişdi ki, koronavirus pandemiyası səbəbilə sammitin keçirilməsi daha məqsədə uyğundur. Lakin Fransa prezidenti  Emanuel Makron bununla razılaşmadı və bildirdi ki, sammitdə iştirak etmək üçün istənilən vaxt ABŞ- a gəlməyə hazırdır. Məhz bundan sonra sammitin keçirilmə tarixi iyunun sonuna dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*