ABŞ-ın Polşadakı səfiri Corrdcet Mosbaxer bildirib ki, II Reyxin reyxs-kansleri və füreri Adolf Hitler və SSRİ-nin lideri İosif Stalin II dünya Müharibəsinin əsas günahkarlarıdır.
KONKRET.az Rusiya mətbuatına istinadən bildirir ki, səfir bu barədə özünün Twitter səhifəsində yazıb.
“Hörmətli cənab prezident Putin, nəzərinizə çatdırım ki, məhz Hitler və Stalin II Dünya Müharibəsinə başlamaq haqda razılığa gəlmişdilər. Bu faktdır. Polşa isə bu dəhşətli münaqişənin qurbanı olub” -, deyə diplomat Rusiya liderinin nasist Almaniyası ilə Polşanın münasibətlərinə dair səsləndirdiyi fikrə cavab verib.