ABŞ səfirlərindən gözlənilməz addım – Görün hansı yolla pul toplayırlarbackend

ABŞ səfirlərindən gözlənilməz addım – Görün hansı yolla pul toplayırlar

ABŞ-ın bir sıra ölkələrdəki səfirləri 4 iyul Müstəqillik Gününün 250 illiyi münasibətilə keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün özəl şirkətlərdən vəsait toplayır.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti yazıb.

ABŞ-ın Vyetnamdakı sabiq səfiri Ted Osiusun sözlərinə görə, hazırda bəzi səfirlər arasında daha çox vəsait toplamaqla bağlı rəqabət mövcuddur.

“Düşünürəm ki, indi bəzi səfirlər arasında kimin daha çox vəsait toplayacağı ilə bağlı rəqabət var”, – deyə o bildirib.

Qəzetin əldə etdiyi audioyazıya əsasən, 5 fevral 2026-cı ildə ABŞ-ın Sinqapurdakı səfiri Ancani Sinha biznes nümayəndələri ilə şam yeməyi zamanı şirkət rəhbərlərini diplomatik nümayəndəliyə ianə etməyə çağırıb.

Diplomatın sözlərinə görə, toplanan vəsaitlər ABŞ rodeosu, Sinqapur zooparkına hədiyyə, ABŞ-dan musiqi qrupunun çıxışı və Rokfeller Mərkəzində Milad ağacının işıqlarının yandırılması mərasimi daxil olmaqla müxtəlif təntənəli tədbirlərə yönəldiləcək.

“Pulunuza ehtiyacım var”, – deyə səfir audioyazıda bildirib.

NYT-nin məlumatına görə, tədbirdə Citibank, Coinbase və Harley-Davidson şirkətlərinin nümayəndələri də daxil olmaqla onlarla top-menecer iştirak edib. Sinha qonaqlara mahnı oxumağı və rəqs etməyi də təklif edib.

Səfir qeyd edib ki, Asiya regionundakı başqa bir ABŞ səfirliyi artıq 37 milyon dollar vəsait toplayıb. Qəzetin mənbəsi bunun ABŞ-ın Yaponiyadakı səfirliyi ola biləcəyini və həmin nümayəndəliyin təxminən 35 milyon dollar cəlb etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da hər il 4 iyulda qeyd olunan Müstəqillik Günü ölkənin əsas milli bayramı sayılır. 1776-cı ilin həmin günündə ABŞ-ın Müstəqillik Bəyannaməsi qəbul edilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*