ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Tayvana dörd il ərzində 4,5 milyard dollarlıq hərbi yardım göstərilməsini nəzərdən tutan qanun layihəsini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, təşəbbüsü 17 komitə üzvü dəstəkləyib.
Qanun layihəsi Tayvanın müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi təchizat və maliyyə təmin etməklə yanaşı, ABŞ Prezidentinə adanın müstəqilliyinə təhdid yaradan Çin rəsmilərinə və maliyyə institutlarına sanksiya tətbiq etmək səlahiyyəti verəcək.
Qeyd edək ki, sentyabrın 3-də Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ın Tayvanı silahla təmin etmək planları fonunda ölkəsinin lazımi tədbirlər görəcəyi barədə xəbərdarlıq edib. ÇXR nümayəndələrinin fikrincə, ABŞ siyasəti Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına zərbə vurur.
İqbal Rzayev,
KONKRET.az