KONKRET.az xəbər verir ki, ABŞ senatorları Khris Van Hollen və Elizabet Warren ABŞ Nümayəndələr Palatası tərəfindən “erməni soyqırımı”nı tanıyan bir qətnamənin qəbul edilməsinə aydınlıq gətirib.
“Dünən gecə Nümayəndələr Palatası Osmanlı İmperiyasındakı erməni soyqırımını tanıyan bir qətnamə qəbul etdi. Senatın da bunu etməsi zamanı gəldi. Soyqırımı tanımaq onun təkrarlanmasının qarşısını alan ilk addımdır”, – deyə Kris Van Hollen öz Twitter səhifəsində yazıb.
Massaçusets senatoru Elizabet Varren isə yazıb: “Massaçusetsin erməni icmasına və ölkənin qalan nümayəndələrinə Nümayəndələr Palatası tərəfindən erməni soyqırımını tanıyan qətnamənin qəbul olunmasını qeyd etmək üçün qoşuluram. Senat da indi tanımalıdır”