ABŞ şirkətləri dünyanı belə varlandırırbackend

ABŞ şirkətləri dünyanı belə varlandırır

ABŞ-ın hava yolu şirkətləri Ağ Evi və Konqresi xarici aviaşirkətlərin Rusiya hava məkanından Amerikaya uçuşunu qadağan etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, Amerika aviaşirkətləri Asiyaya ən qısa marşrutlarla – Şimal Buzlu okeanı və Rusiyadan keçməklə uça bilmədiklərinə görə, Asiya rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə düşdüklərindən şikayətləniblər. Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ABŞ-ın Rusiya aviadaşıyıcılarına qadağasından sonra rəsmi Moskva oxşar qərarla hava məkanını amerikalıların üzünə bağlayıb.

ABŞ aviaşirkətləri yanacağa qənaət etmək üçün marşrutları və yükləri azaltmalı olurlar. Gələn rəsmi informasiyalara əsasən, ABŞ şirkətləri bir il ərzində təxminən 2 milyard dollar itirib. Bunun müqabilində “Emirates”, “Air India” və “China Eastern Airlines” kimi şirkətlər bol qazanc əldə edirlər. Lobbiçilər ABŞ hakimiyyətindən yerli aviadaşıyıcılar üçün bərabər şərtlərin qurulmasını tələb edirlər.

“New York Times” qəzetinin məlumatına görə, Nəqliyyat Departamenti Çin aviaşirkətlərinə ABŞ-a uçuşlar zamanı Rusiya hava məkanından istifadə etməyi qadağan edən sərəncam layihəsi hazırlayıb. Lakin Ağ Ev Hindistan aviaşirkətləri ilə bağlı oxşar addımın həmin ölkə ilə arzuolunmaz çəkişmələrə səbəb ola biləcəyindən ehtiyat edir.

ABŞ Senatının Xarici siyasət komitəsinin sədrləri Bob Menendez və Cim Riş Dövlət Departamentinə və Nəqliyyat Departamentinə məsələ ilə əlaqədar xüsusi məktub yazıblar. Onların fikrincə, Rusiya ərazisi üzərindən uçuşlar zamanı aviaşirkətlər təcili eniş həyata keçirmək məcburiyyətində qala bilərlər. Belə olan halda təyyarədə olan Amerika vətəndaşları Rusiya hakimiyyətinin diqqət obyektinə çevriləcək. Senatorlara görə, ABŞ Rusiya ilə müharibə şəraitindədir və bu, onun ərazisi üzərində uçuşlar üçün təhlükə yarada bilər.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*