ABŞ son çarə olaraq Ukraynanı bu silahla təmin edəcəkbackend

ABŞ son çarə olaraq Ukraynanı bu silahla təmin edəcək

Son bir neçə ayda Ukrayna hökuməti ABŞ administrasiyasından kasetli sursatlar istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” ABŞ və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Co Bayden administrasiyası Ukraynaya kaset sursatlarının tədarükünə son çarə kimi baxır.

Qeyd olunub ki, ABŞ hökumətinin yüksək rütbəli məmurları bu müraciətə bir neçə ay ərzində baxıblar. Konqresin digər ölkələrə kaset sursatlarının tədarükünə qoyduğu qanunvericilik məhdudiyyətlərinə görə rəsmilər heç bir qərara gəlməyiblər.

Məlumata görə, bu sursatlar Ukrayna hərbçilərinə artilleriya sahəsində üstünlük qazandıracaq.

Qeyd edək ki, kaset sursatları havada partlayır və ətrafa onlarla, yüzlərlə kiçik bombaları səpələyir. Çox vaxt bu sursatlar daşındıqda və ya toxunduqda partlayır. Ona görə də onların istifadəsi mülki əhali arasında böyük itkilərə səbəb olur. Kaset sursatlarının istifadəsi 2010-cu ildə qəbul edilmiş Oslo Konvensiyasına görə qadağandır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*