ABŞ Türkiyəni təhdid edir: Ermənistan sevgisi, ya “Bayraktar” qorxusu? – Türkiyəli ekspertlər KONKRET.az-a danışdıbackend

ABŞ Türkiyəni təhdid edir: Ermənistan sevgisi, ya “Bayraktar” qorxusu? – Türkiyəli ekspertlər KONKRET.az-a danışdı

ABŞ Konqresinin Nümayəndələr palatasının hər iki partiyadan olan 27 üzvü dövlət katibi Entoni Blinkenə məktub yazaraq Türkiyənin sürətlə inkişaf etməkdə olan pilotsuz döyüş sistemlərini “Birləşmiş Ştatların maraqları üçün təhdid” adlandırıb və pilotsuz sistemlərin istehsalı üçün texnologiyaların və hissələrin Türkiyəyə verilməsini dayandırmağa çağırıb.

Türkiyənin pilotsuz sistemlər texnologiyaları böyük ölçüdə yerlidir və bu baxımdan amerikalı konqresmenlərin yazdıqları məktubun “Bayraktar TB2”-lərin, eləcə də Türkiyənin seriya istehsalını başlatdığı, daha güclü “Akıncı” və “Aksungur” kimi pilotsuz təyyarələrin istehsalını əngəlləyə bilməz. Lakin sual yaranır: “Bayraktar”lar ötən ilin payızında 44 günlük müharibə zamanı işğal altındakı Azərbaycan ərazilərində ABŞ-ın maraqlarına necə zərbə endirə bilərdi? Həmin konqresmenlərə görə, ABŞ-ın maraqları Azərbaycan ərazilərinin işğalının davam etməsindən keçirdi?

Baş verənləri KONKRET.az-a dəyərləndirən türkiyəli politoloq Muhammet Kutlunun sözlərinə görə, NATO üzvü olan Qərb ölkələri Türkiyəni hələ də düşmən olaraq görürülər: “Türkiyə 100 il də NATO-da onlarla müttəfiq olsa, onlar Türkiyəni yenə də düşmən olaraq görəcək və təəssüf ki, bu psixologiyanı dəyişdirmək mümkün deyil. Əgər, onlar Türkiyəni həqiqətən də müttəfiq kimi görsəydilər, Türkiyənin silah sistemləri, müxtəlif texnoloji cihazlar, böyük texnologiyalar istehsal etməsindən niyə narahat olurlar? Deməli, həmin 27 senatorun yazdığı qərəzli məktub tamamilə Türkiyə düşmənliyi ilə bağlı bir məsələdir. Onlardan soruşsanız ki, Türkiyə NATO üzvü olduğu halda inkişafından niyə narahatsız? Əmin olun ki, cavab verə bilməyəcəklər. Çünki bu məsələnin heç bir məntiqi açıqlaması yoxdur”.

“Çünki onlar Türkiyəni Yunanısatana, Ermənistana və digər bəzi ölkələrə görə, düşmən olaraq görürlər. Həmçinin, dini təəssübkeşlik adı altında Türkiyədən imtina etmək istəyirlər. Yəni, bu məsələ tamamilə qəribə və ziddiyyətlidir. Çünki yəni amerikalı senatorların özlərini bu cür məktub yazmağa məcbur hiss etmələri, beyinlərinin bu cür məchul şəkildə işləməsi həqiqətən də gülüncdür”-deyə, Kutlu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsində Türk PUA-ları ilə Ermənistan ordusunu darmadağın etməsi, xristian təəssübü çəkən ölkələrin narahatlığına səbəb olub: “Ona görə də Türkiyəni dost ölkələr siyasında görmək istəmir, əksinə, özlərinə təhdid olaraq görürülər. Təəssüf ki, heç bir şey etmək mümkün deyil. Onların beyinlərini dəyişdirə biləcək texnologiyalar da hələ istehsal etməmişik. Ona görə də bu məsələni sadəcə olaraq tragikomediya kimi dəyərləndirə bilərik. Çünki onların “Biz əslində düşmənik, amma dost kimi görünürük. Ona görə də bizi özümüzdən çıxaracaq addımlar atmayın” mahiyyətində olan davranışları, tragikomediyadan başqa bir şey deyil”.

Mehmet Perinçek

Türkiyəli politoloq Mehmet Perinçek isə KONKRET.az-a açıqlamasında məsələnin mahiyyətində Türkiyə ilə ABŞ arasındakı strateji cəbhələnmənin oluğunu bildirib: “Amerika Birləşmiş Şatatlarının regiondakı siyasəti Türkiyənin çıxarları ilə tamamilə qarşı-qarşıyadır və ABŞ-ın siyasəti Türkiyə üçün daha çox təhdiddir. Yəni, Türkiyənin Birləşmiş Ştatlara qarşı heç bir təhdid siyasəti yoxdur. Rəsmi Vaşinqton Suriyada PKK, PYD, YPG kimi terror təşkilatalırnı dəstəkləyir, onları silahlandırır, maliyyə yardımı ayırır, həmçinin Türkiyəni Şərqi Aralıq dənizi istiqamətində təhdid edir və mühas yəni gərə bir təhdid vara türkiyrəyə almaq istəyir. Bu da o deməkdir ki, Türkiyə ABŞ-ı yox, əslində ABŞ Türkiyəni təhdid edir”.

“Belə bir durumda təbii ki, Türkiyənin milli müdafiə sənayesini inkişaf etdirməsi qədər təbii heç nə ola bilməz. Çünki bu, Türkiyə üçün çox vacib bir ehtiyacdır. Yəni, Türkiyənin Amerika və Amerikanın istifadə etdiyi qüvvələrlə girişəcəyi silahlı münaqişələrdə ABŞ və NATO-ya bağlı silah sistemlərindən istifadə etməsi mümkün olmayacaq. Çünki sərmayəsi və texnologiyasının onların əlində olduğu silahlar bu cür qarşıdurmalarda işə yaramayacaq. Dolayısı ilə Türkiyənin öz ərazi bütövlüyünü qorumsaı, regionda sülh və təhlükəsizlik şəraitinin yaradılması regiondakı ABŞ dəstəkli terror təşkilatlarının ləğvi baxımından Türkiyə təbii ki, PUA sənayəsini inkişaf etdirəcək”-deyə, politoloq vurğulayıb.

Perinçek əlavə edib ki, bu PUA-lar özünün üstünlüyünü Azərbaycanın Vətən müharibəsində də yüksək şəkildə sübut edib: “Bu baxımdan, Ağ Evin narahatlığı özünə qarşı bir təhdid deyil, regionda ABŞ-ın nüfuzunun zəifləməsidir. Təbii ki, Türkiyə də bu yoldan heç bir şəkildə geri addım atmayacaq və ABŞ-dan əldə edilən texnologiyaların alternativlərini başqa ölklərdən də tapa biləcək, ya da gələcəkdə özü emal edəcək”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*