ABŞ Ukrayna ilə uzunmüddətli müqavilə layihələrini dondurub.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
“Qısamüddətli müdafiə yardımı üçün vəsaitimiz olsa da, Ukraynaya Yardım Təşəbbüsü və beynəlxalq hərbi maliyyələşdirmə çərçivəsində vəsait dondurulub”, – Miller deyib.
Bundan əvvəl Konqres ABŞ-ın müvəqqəti büdcəsini razılaşdıraraq hökumətin maliyyələşdirilməsində fasilələrin qarşısını almışdı. Sənəddə Ukraynaya yardım göstərilməyib.
Qeyd edək ki, oktyabrın 1-də başlayan yeni maliyyə ili ilə əlaqədar vəsaitlər qanunvericilik aktı tələb edir.
Ariz Həsənoğlu,
KONKRET.az