“ABŞ Ukraynadan Rusiya ərazisinə zərbələr endirməyə razılıq verəcək”backend

"ABŞ Ukraynadan Rusiya ərazisinə zərbələr endirməyə razılıq verəcək"

ABŞ prezidenti Co Bayden Almaniyaya səfəri zamanı bir neçə qalmaqallı bəyanatlar səsləndirib.

KONKRET.az xəbər verir ki, onun Rusiya ərazisinə hücumla bağlı bəyanatları da müzakirə mövzusu olub. Bayden bildirib ki, Qərb müttəfiqləri Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli silahlardan istifadə etməsi ilə bağlı hələ də konsensusa gələ bilmirlər. İki gün əvvəl Ağ Evin mətbuat katibi Karin Jan-

Pyer bəyan etmişdi ki, Birləşmiş Ştatlar Rusiya ərazisinə uzaq məsafədən zərbələr endirmək üçün Amerika silahlarının istifadəsinə qoyulan qadağanı qüvvədə saxlayır. Bundan əvvəl isə Bayden Ukraynada uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsinin reallığını demişdi.

ABŞ dövlət katibi Entoni Blinken “Sky News”-a bildirib ki, ABŞ prezidentinin Ukraynanın Rusiya ərazisinə raket zərbələri endirməsinə icazə verəcəyi istisna edilmir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*