ABŞ Ukraynaya 88 min ton silah və hərbi texnika veribbackend

ABŞ Ukraynaya 88 min ton silah və hərbi texnika verib

ABŞ müharibə başlayandan bəri Ukraynaya 230-dan çox artilleriya sistemi tədarük edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, ABŞ-dən Ukraynaya 142 yedəkli M777A2 155 mm-lik haubitsa və 36 ədəd 105 mm-lik haubitsa verilib. Bundan əlavə, ölkəyə 38 HIMARS MLRS və iyirmi 120 mm-lik minaatan göndərilib.

Həmçinin, silahların çatdırılması üçün ağır yük təyyarələri ilə 878 uçuş edilib. Bununla yanaşı, eyni məqsədlər üçün 48 gəmi və 4 min qoşqu istifadə edilib.

Ümumilikdə, ABŞ Ukraynaya 88 min ton silah və hərbi texnika ilə dəstək verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*