“ABŞ və müttəfiqlərinə qarşı tədbirlər ala bilərik” – Zaxarovabackend

“ABŞ və müttəfiqlərinə qarşı tədbirlər ala bilərik” - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın və müttəfiqlərinin qısa və ortamənzilli raket yerləşdirmə planlarına qarşı hərbi tədbirlər ala biləcəkləri barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlama verib.

O, Böyük Britaniya və ABŞ-ın yaxın və ortamənzilli raket yerləşdirmə planlarının ehtimal olunan gərginliyin qarşısını almağı daha da çətinləşdirdiyini qeyd edib.
Mariya Zaxarova quruda yerləşdirilən qısa və ortamənzilli raket arsenallarını formalaşdırmaq istəyən ABŞ və onun Avropa, eləcə də Asiya və Okeaniyadakı müttəfiqlərinə qarşı praktiki tədbirləri araşdırmağa davam etdiklərini bildirib.

O əlavə edib ki, Rusiya dialoq üçün qapını heç bir halda bağlamır, lakin mövcud vəziyyətdə Rusiyanın ortaya çıxan raket təhdidləri qarşısında hərbi-texniki cavab tədbirləri almağa fokuslanacağı istisna deyil./sfera/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*