ABŞ və Oman birgə təlimlərə başlayıbbackend

ABŞ və Oman birgə təlimlərə başlayıb

Oman və ABŞ Hərbi Hava Qüvvələri arasında birgə hava təlimi başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Oman rəsmi xəbər agentliyi “ONA” məlumat yayıb.

Belə ki, təlim Oman Hərbi Hava Qüvvələri komandanı general-mayor Hamis bin Hammad əl-Qafri və ABŞ Hərbi Hava Qüvvələri generalı Qreqori Quillotun iştirakı ilə keçirilir.

Ölkənin siyasi və hərbi rəsmilərinin iştirak etdiyi tədbir mayın 19-dək davam edəcək.

Qeyd edək ki, təlim və keçirildiyi bölgə ilə bağlı əlavə məlumat verilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*