ABŞ və “Taliban” arasında GÖRÜŞbackend

ABŞ və “Taliban” arasında GÖRÜŞ

ABŞ Əfqanıstanı tərk etdikdən sonra ilk dəfə “Taliban” liderləri ilə üz-üzə görüş keçirib.

KONKRET.az xəbər verir ki, görüş Qətərin paytaxtı Dohada keçirilib.

“Taliban” liderləri ABŞ-ın Əfqanıstana humanitar yardım göstərməyi qəbul etdiyini bildirib.

Görüşlərdə humanitar yardım məsələsi ilə yanaşı, ABŞ vətəndaşlarının Əfqanıstandan çıxarılması da müzakirə edilib.

ABŞ rəsmiləri danışıqları “səmimi və peşəkar” adlandırıb. Vaşinqton görüşün “Taliban”ın tanınması anlamına gəlmədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*