ABŞ vitse-prezidenti İsrailə gəlirbackend

ABŞ vitse-prezidenti İsrailə gəlir

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens mayın 20-də İsrailə səfər edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.

“Vensin mümkün səfəri çox vacib olacaq, çünki bu, İsrail və ABŞ arasında münasibətlərin sabit və möhkəm qaldığını nümayiş etdirəcək. ABŞ vitse-prezidentinin səfəri Prezident Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə böyük sazişlərin imzalandığı Yaxın Şərqə səfərindən sonraya təsadüf edir”, – kanal bildirib.

Qeyd olunub ki, Ağ Ev hazırda Vensin İsrail rəhbərliyi ilə görüşlərinin koordinasiyası ilə məşğul olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*