ABŞ Yaxın Şərqdə nüfuzunu itirirbackend

ABŞ Yaxın Şərqdə nüfuzunu itirir

Yaxın Şərqdə, xüsusən də İsraillə qonşuları arasında artan gərginlik ABŞ-nin artıq regionda nüfuzunu itirdiyini, Təl-Əvivin siyasətlərinin quluna çevrildiyini nümayiş etdirir.

KONKRET.az “Lenta.ru” ya istinadən xəbər verir ki, bunu “New York Times”a müsahibəsində  Amerika Dövlət Departamentinin keçmiş diplomatlarından biri deyib: “İsrailin İrana son hərbi zərbələrindən söz düşəndə analitiklər və keçmiş diplomatlar deyirlər ki, İsrail Yaxın Şərqdəki hadisələrə diktə edən tərəfdir. Müşahidəçilərin fikrincə, bu vəziyyətin ən mühüm səbəbləri ABŞ-də noyabrın əvvəlinə təyin edilən seçkilər ərəfəsi  qeyri siyasi sabitlik, habelə ABŞ-nin hazırkı prezidenti Co Baydenin atəşkəsdə irəliləyişə nail ola bilməməsidir”. Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrailin Tehrana hücumu yəhudi dövlətinin yanlış hesablamasıdır. Onun sözlərinə görə, İran xalqı İsrailə hansı gücə və qabiliyyətə malik olduğunu bildirəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*