İsrailin keçmiş rabitə naziri Eyyub Qara ABŞ-da keçirilən seçkilərlə bağlı açıqlama verib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, türk əsilli keçmiş nazir Donald Trampa xəyanət edildiyini bildirib.
Nazir həmçinin ABŞ yəhudilərinin Baydenə səs verməsinin onu xəyal qırıqlığına uğratdığını da qeyd edib:
“İsrail dövlətinin indiyə qədər gördüyü ən yaxşı ABŞ prezidentinə geniş dəstək gözləyirdim. Hörmətli amerikalı yəhudilərin İsrail aşiqi Trampa xəyanəti mənə təkrar bir fenomeni xatırladır. Yəhudilərin əksəriyyəti Trampı seçməli idi, çünki İsrail və digər ölkələrdəki yəhudilərin təhlükəsizliyinin zəmanəti güclü bir İsrail dövlətidir”.