“İnsanları küçədə qoymaq olmaz” — Xalq şairi “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDIbackend

“İnsanları küçədə qoymaq olmaz” — Xalq şairi “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlı metronun “20 Yanvar” stansiyasının keçidlərində fəaliyyət göstərən sahibkarların bie neçə aydır işsiz qalması ilə bağlı məsələdən narahatlığını dilə gətirib. 

KONKRET.az xəbər verir ki, eks-deputat Sabir Rüstəmxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə fəaliyyət göstərən sahibkarların yeganə gəlir yerləri həmin satış obyektləri idi:

“Qazancını ordan əldə edən çox sayda vətəndaşlarımız var. Onların vəziyyəti də nəzərə alınmalıdır. Hesab edirəm ki, onları diqqətsiz şəkildə kənara atmaq olmaz. Yəqin ki, hökumət tərəfindən onlara bir şeylər təklif olunacaq. Vaxtıilə hava limanının yanındakı ticarət mərkəzi sökülmüşdü. Həmin ərəfədə insanların necə dolanacağı haqqında səs-küy qalxdı. Daha sonra səliqəli, müasir tələblərə cavab verən ticarət mərkəzləri tikildi. Həmin adamlara da yerlər təklif olundu.

Metrostansiya yaxınlığındakı ərazilərdən çıxarılan sahibkarlara da əraziyə yaxın yerdə səliqəli, müasir ticarət mərkəzi tikilməlidir. Həmin ticarət mərkəzində ilk növbədə oradan çıxarılan adamlara müvafiq yerlər təklif olunmalıdır. İnsanları küçədə qoymaq olmaz”.

Qeyd edək ki, bir neçə aydır metronun “20 Yanvar” stansiyasının keçidində fəaliyyət göstərən onlarla ticarət obyektləri səbəbsiz yerə dayandırılıb. Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bunun səbəbini COP29-la bağlı əlaqələndirsə də, ancaq paytaxtın ən çox turist ziyarət etdiyi ərazilərdə, o cümlədən  “5 Mərtəbə” və “28 May” keçidlərində ticarət fəaliyyəti davam etdirilir.

  • seymur
    Noyabr 26, 2024 - 21:19

    belə təşkilatlarin ümumiyyətlə ləgv olunmasi
    xirda məbləgə gorə gedib kredit goturmək olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*