Abşeron Milli Parkında “Şahdili peyzajı”backend

Abşeron Milli Parkında “Şahdili peyzajı”

Abşeron Milli Parkının yaradılmasının 17-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə parkda açıq havada “Şahdili peyzajı” adlı yaradıcılıq günü təşkil edilib. 

KONKRET.az xəbər verir ki, Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin rəsm əsərləri, həvəskar və peşəkar fotoqrafların fotoları milli parkda nümayiş etdirilib, gənc rəssamlara parkın təbiətini əks etdirən natura rəsmlərini çəkmələri, fotoqraflara təbiət mənzərələrini, ornitofauna növlərini lentə almaları üçün şərait yaradılıb.

Abşeron Milli Parkında “Şahdili peyzajı” adlı yaradıcılıq gününün təşkilində  məqsəd təbii varlıqları yaradıcı şəxslərin duyğularında təqdim etmək, milli parkın mövcud təbiət komplekslərinin rəssamların və fotoqrafların yaradıcı təxəyyülü ilə geniş kütləyə çatdırılmasına dəstək olmaqdır.

“Şahdili peyzajı” yaradıcılıq günündə parka gələn ziyarətçilər, eləcə də tədbirdə iştirak edən Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülər rəngarəng məzmunlu, rəsm və foto nümunələrindən ibarət sərgi ilə tanış olub, müxtəlif quş növlərini, xüsusilə də flaminqoları müşahidə ediblər.

Eyni zamanda, insanlara sağlam həyat tərzini aşılamaq, ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək məqsədilə milli parkda veloyürüş təşkil edilib.

Sonda əsərləri nümayiş etdirilən rəssamlar Abşeron Milli Parkı tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*